Tbilisidə “İslam Peyğəmbəri (s) və müasir insanın həyat tərzi” adlı konfrans

Qafqaztimes xəbər verir ki, bu gün paytaxt Tbilisidə “İslam Peyğəmbəri (s) və müasir insanın həyat tərzi” mövzusunda konfrans keçirilib.

Əhli-Beyt Mərkəzində keçirilən bu konfransda din xadimləri, İran və Türkiyə səfirliklərinin nümayəndələri, alimlər və ictimai xadimlər iştirak ediblər.

Bu konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan Müftisinin nümayəndəsi Tahir Bayramov, Qərbi Gürcüstan Müftisinin nümayəndəsi İyaqu Bridze, Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Hacı Əhməd Ərdən, Beynəlxalq Əl-Mustafa Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə və s. iştirak etmiş və mövzu ilə əlaqədar çıxışlar etmişlər.

Hacı Kamran Məmmədovun aparıcılğı ilə keçirilən bu konfrans Vidadi Qurbanovun Qurani Kərimdən oxuduğu ayələrlə başlanıb. Konfransda Allah Rəsulunun (s.ə.a.s) barış, mərhəmət, ehtiram, sədaqət, birlik, sevgi və dünya barışına dair görüşləri tam və ətraflı şəkildə müzakirə edilib.

Konfransın sonunda iştirakçılara Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi və Həzrət Peyğəmbər (s.ə.a.s) haqqında kitablar hədiyyə edilib.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri