Tayvandakı zəlzələnin maqnitudası 7,2 olub (Video izlə)

Yaponiya Milli Meteorologiya İdarəsi məlumatına görə, Tayvanda baş vermiş zəlzələnin maqnitudası 7,2 olub.

Adanın cənubunda baş verən zəlzələ paytaxt Taybeydəki bütün binaları silkələyib, zəlzələ hətta Çinin materik hissəsində də hiss olunub. Bir neçə dəqiqə ərzində sunami xəbərdarlığı edilib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Yujing bölgəsində, ocaq isə təxminən 10 km dərinlikdə yerləşib.

Yaponiyanın Okinava prefekturasındakı Miyakojima adasında da sunami xəbərdarlığı edilib. Dalğanın hündürlüyü təxminən 1 m ola bilər.

Hələlik itkilərlə bağlı məlumat verilməyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi