Tarixdə ilk dəfə Maqadan – San-Fransisko reysi həyata keçirilib (Video izlə)

Tarixdə ilk dəfə Maqadan – San-Fransisko reysi həyata keçirilib. Hindistandan yola düşən və nasazlıq səbəbindən Rusiyada eniş edən təyyarənin sərnişinləri ABŞ-yə göndərilib.

Bu barədə “Air India” xəbər verib.

“AI173D reysi 8 iyun 2023-cü il tarixində ​​San-Fransiskoda  təhlükəsiz eniş etdi”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, iyunun 6-da Dehli – San-Fransisko reysi ilə hərəkət edən təyyarə texniki nasazlıq səbəbindən Rusiyada eniş etmək məcburiyyətində qalıb. Hava gəmisinin göyərtəsində ABŞ, Kanada və Hindistan vətəndaşlarından ibarət 220 sərnişin və 16 heyət üzvü olub. Maqadanda hotel olmadığından sərnişinlər məktəblərdə yerləşdirilmişdilər. 

Əvvəlcə onların iyunun 7-də ABŞ-yə yola düşəcəkləri bildirilsə də, sonradan uçuş təxirə salındı. 

ABŞ-yə yollanan təyyarənin soyuq müharibə vəziyyətində olduğu Rusiya ərazisində eniş etməsi sosial şəbəkələrdə çoxsaylı müzakirələrlə nəticələnmişdi.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi