Tarixdə ilk dəfə idarəolunan suborbital kommersiya uçuşu həyata keçirildi (Video izlə)

Amerikanın “Virgin Galactic” şirkəti göyərtəsində üç İtaliya vətəndaşının olduğu ilk pilotlu suborbital kommersiya uçuşunu uğurla həyata keçirib.

Bu barədə şirkətin “Twitter” hesabında məlumat yerləşdirilib.

“VSS Unity” aparatı Nyu Meksikodakı Amerika kosmodromundan “VMS Eve” təyyarəsi ilə havaya qalxıb. Cihaz 15 km yüksəklikdə təyyarədən ayrılıb, bundan sonra daha 80 km qalxıb.

Kosmik turistlər bir neçə dəqiqə çəkisizlikdə qaldıqdan sonra aparatı yerə endiriblər.

Missiyaya “Galactic 01” adı verilib. Təyyarədə sıfır cazibə qüvvəsində bir sıra elmi təcrübələr aparan üç italiyalıdan əlavə, “Virgin Galactic”dən bir astronavt təlimatçısı və iki pilot da olub. Uçuş zamanı italyanlar ölkələrinin bayrağını qaldırdılar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi