Tarixdə ən böyük kosmik gəmi orbitə göndərildi, fəzada yoxa çıxdı – FOTO/VİDEO

“SpaceX” tarixin ən böyük kosmik gəmisi olan “Starship Super Heavy”ni orbitə göndərib.

Kosmik gəmi ilə birlikdə daşıyıcı raket Texasdakı Boka Çika buraxılış qurğusundan uğurla havaya qalxıb.

Lakin uçuş yenə də uğursuz olub. Belə ki, “SpaceX” həm daşıyıcı aparatı, həm də kosmik gəmini Yerə qaytarmağı planlaşdırsa da, bunu bacarmayıb.

Qeyd edək ki, “Starship” indiyə qədər buraxılmış ən böyük və ən güclü kosmik gəmidir. İlon Maskın planlarına görə, o, Aya və Marsa uçacaq. Cari buraxılış sayca üçüncüdür və əvvəlkilər kimi uğursuzluğa düçar olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi