Taliban rəsmisi: Qərbin Taliban barədə ittihamları əsassızdır

Qafqaztimes xəbər verir ki, Taliban hərəkatının siyasi bürosunun sözçüsü Məhəmməd Nəim, CIA rəhbəri Villiam C. Burnsun hərəkatın siyasi müavini Abdulğəni Bəradər ilə görüşməsi xəbərini təkzib edib.

Nəim, Əl-Məyadin telekanalına verdiyi açıqlamada deyib: “Taliban və Vaşinqton arasında Əfqanıstanı nəzarətə götürmək barədə razılaşma haqqında səslənən fikirlər tamamilə səhvdir.”

O, belə əlavə edib: “Talibana qarşı irəli sürülən iddialar yeni deyildir. 20 ildir ki, media bizə hücum edir.”

Taliban rəsmisi ABŞ -ın geri çəkilməsi barədə isə bunları söyləyib: “Doha müqaviləsində qeyd olunan geri çəkilmə üçün son tarix aprelin sonudur, lakin onlar bunu təxirə saldılar. Biz isə bunu qəbul etmədik.”

Nəim belə qeyd edib: “Amerikalılar Əfqanıstandan xarici qoşunların çıxarılması üçün razılaşdırılmış son tarixə əməl etməlidirlər… Qərbin Talibana qarşı irəli sürdüyü ittihamlar əsassızdır … qətliam iddiaları da doğru deyildir.”

O, yeni hökumət haqqında bunları söyləyib: “Hələ ki, kabinetin üzvlərini təyin etməmişik.”

Related posts

Şəhid gedəndə…

Suriya yeganə ərəb dövləti idi ki…

Şəhadətdən qabaq…