Qafqaztimes xəbər verir ki, Fələstin Milli Qurtuluş Hərəkatının baş katibi Talal Naci Əl-Məyadin telekanalına verdiyi ilk müsahibəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds ordusunun komandiri General Qasim Sükeymaninin rolunu yüksək qiymətləndirib.
O, deyib: Allah böyük şəhid, komandir Qasim Süleymaniyə rəhmət eləsin. Onu sonsuza qədər sevəcək və rəğbət bəsləyəcəyik.Naci belə əlavə edib: “Biz fələstinli müqavimət qrupları, Şəhid Süleymani ilə görüşəndə sevimli bir qardaş və bir strateji komandirlə görüşdüyümüzü hiss edirdik.”
Talal Naci həmçinin qeyd edib: “Şəhid Süleymani çox təvazökar idi və o həmişə deyərdi ki, mən sizin xidmətinizdəyəm və sionist düşmənlə döyüşən döyüşçülərin əllərindən öpürəm.”