Taksi sürücüsünün xeyirxahlığı ölümünə səbəb oldu – VİDEO

İzmirdə müştəri kimi taksiyə mindirdiyi D.A. (19 yaş) tərəfindən silahla vurulan Oğuz Erge müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, qorxunc hadisə fevralın 1-nə keçən gecə baş verib. 44 yaşlı O.Elge maşını nasaz olduğundan evinə qayıtmaq istəyərkən yolda, soyuqda qalan gənci görüb və onu da ünvanına aparmaq qərarına gəlib (bu barədə maşına quraşdırılan kamerada qeydə alınan söhbətdən məlum olub).

Ancaq mənzil başına çatanda D.A. pul vermək əvəzinə sürücüyə tapançası ilə üç dəfə atəş açıb və “bəzi adamlara etibar etməməlisən”, – deyərək, onun telefonunu və qulaqlığını götürüb hadisə yerini tərk edib.

Bununla belə, o çox uzağa gedə bilməyib. Hüquq-mühafizə orqanları 19 yaşlı şübhəlinin izinə düşərək onu saxlayıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi