Taksi sürücüsü iki avtomobili əzdi, sükan arxasında keçindi – VİDEO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 74 ünvanında, saat 09:30 radələrində qeydə alınıb.

Belə ki, “Renault” markalı avtomobilin sürücüsünün halı qəfil pisləşib. O, idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında dayanan “Ford” və “Mercedes” markalı avtomobillərə çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı taksi sürücüsü dünyasını dəyişib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir