Tacikistan rəsmisi: Taliban Əfqanıstandakı terror qruplaşmalarının üzvlərinə pasport verir

QafqazTimes xəbər verir ki, Tacikistanın daxili işlər naziri Ramzan Rəhimzadə deyib: “Taliban terror qruplaşmalarının 3000-dən çox üzvünə Əfqanıstan pasportu verib.”

Tacikistanın daxili işlər naziri Düşənbə şəhərində keçirilən “Beynəlxalq və regional təhlükəsizlik əməkdaşlığı və sərhədlərin idarə olunması üzrə terrorizmlə mübarizə” toplantısında deyib: “Taliban indiyədək “terrorçu qruplar”ın 3000-dən çox üzvünə Əfqanıstan pasportu verib.

Rəhimzadə bu görüş iştirakçılarına vurğulayıb: Bu vəziyyət Taliban rejiminin təhlükəsini bir daha təsdiqləyir və Əfqanıstanın problemləri hamının diqqət mərkəzində olmalıdır.

Tacikistanın daxili işlər nazirindən əlavə bu ölkənin prezidenti də Əfqanıstanda terror qruplaşmalarının mövcudluğunun güclənməsinə işarə edərək, region ölkələrinə və beynəlxalq təşkilatlara bununla bağlı xəbərdarlıq edib.

Tacikistan prezidenti İmam Əli Rəhman həmçinin deyib: Ekstremizm və terrorizmin millət, din və vətəndaşlıqla heç bir əlaqəsi yoxdur. Ona görə də bu fenomenlə səmərəli mübarizə aparmağın düzgün yolu ölkələrin, regional və beynəlxalq təşkilatların vicdanlı əməkdaşlığıdır.

Bir gün əvvəl Tacikistanın baş prokuroru Yusif Rəhman da sözügedən konfransda çıxışı zamanı vurğulamışdı ki, Mərkəzi Asiyanın sərhədləri terrorizmə qarşı qlobal müdafiəyə ehtiyac duyur.

O, həmçinin deyib: Mərkəzi Asiya respublikaları terrorçular qarşısında ən həssas ölkələrdir, xüsusilə Əfqanıstanla müştərək sərhədə malik olan Tacikistan.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib