Tac Mahalda turist qadınla polisin davası gündəm oldu – VİDEO

Hindistanda Tac Mahal məqbərə-məscidinin ərazisində telefonu ilə video çəkən turist qıza polis əməkdaşı şillə vurub.

Dava “X” sosial şəbəkəsində paylaşılan videoda əks olunub.

Qeyd olunur ki, bir qrup qadın turist qadağanı pozaraq Tac Mahalda video çəkməyə cəhd edib. Nəticədə asayiş keşikçisi ziyarətçinin telefonunu müsadirə edib, bu da münaqişəyə səbəb olub.

İnternetdə yayımlanan görüntülərdə qadının polisi itələdiyi, polisin də eyni şeyi etdiyi və qadının yıxıldığı görünür. Turist tezliklə ayağa qalxıb və yenidən rəqibinə hücum edib. Bütün bu müddət ərzində onun iki yoldaşı davanı dayandırmağa çalışıb.

Dindirmə zamanı zabit bildirib ki, turistlər videonu çəkməməyi tələb etdikdən sonra əsəbiləşib və fiziki zorakılığa əl atıblar. Polis araşdırma aparır və müvafiq tədbirlər görəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi