Tabutdan çıxanlar hamını heyrətləndirdi – FOTO

Misirin İskəndəriyyə şəhərində tapılan və Makedoniyalı İsgəndərin dövrünə aid ola biləcəyi güman edilən 30 ton ağırlığındakı 2 min 500 illik daş tabutdan 3 ədəd mumiya çıxıb.

Qara qranitdən hazırlanan tabutun 2 metr hündürlükdə və 3 metr uzunluğunda olduğu bildirilib. Arxeoloq və antropoloqlardan ibarət olan qrupun birgə çalışmasından sonra təxminən 2500 illik tabut sonunda açılıb.

Elm adamları tabutun üzərində çat yarandığı üçün kanalizasiya suları ilə dolduğunu və mumiyalara zərər vermiş ola biləcəyini vurğulayıblar.

Tədqiqatçılar eyni zamanda tabutda olan mumiyalara aid gümüş və ya qızıl maska, yazı və heykəl kimi əşyalarının olmamasının da onların yüksək təbəqəyə aid fərdlər olmadığını göstərdiyini bildiriblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi