Təyyarədə körpə dünyaya gəldi – FOTO

Ural Hava Yollarına məxsus təyyarənin göyərtəsində xoşbəxt hadisə yaşanıb. Təyyarə Jukovski hava limanından havaya qalxaraq Xocəndə istiqamət götürüb.

Qəfildən sərnişinlərdən biri olan hamilə qadının doğum sancıları başlayıb.

“Airbus” pilotu təyyarəni ən yaxın hava limanına endirməyə hazır olub.

Xoşbəxtlikdən sərnişinlər arasında neonatoloq, iki mama tibb bacısı və bir radioloq da olub. Onlar köpənin göyərtədə doğulmasına kömək ediblər.

Hamilə sərnişin bir saat ərzində ana olub. Dünyaya gələn qız uşağının 2,6 kiloqram çəki və 46 santimetr boya malik olduğu qeydə alınıb. Ona Aişaxan adı verilib.

Daha bir saat sonra isə qadını öz körpəsilə birlikdə Tacikistan hava limanında təcili yardım qarşılayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi