Təyyarə enmə zolağından çıxdı- QORXU DOLU ANLAR (Video izlə)

İranda Məşhəd-İsfahan reysi ilə uçan “Caspian Airlines” şirkətinə məxsus Boeing 737-400 tipi sərnişin təyyarəsi İsfahan hava limanına eniş əsanasında nasazlıq yaşayıb və uçuş-enmə zolağından çıxıb.

Təyyarənin təkərləri sıradan çıxsa da pilot yüksək peşəkarlıq göstərərək nazas təyyarəni tam tələfatsız şəkildə endirmyi bacarıb.

Təyyarədə 110 sərnişinin olduğu və izdiham zamanı 5 nəfərin yüngül xəsarət aldığı bildirilib.

Təyyarə yerə enən andan xilasedicilər bütün sərnişinləri oradan çıxarıb.

Qeyd edək ki, ABŞ-ın ağır sanksiyaları nəticəsində İrana təyyarə və təyyarə ləvazimatları satılmır. İran bütün ehtiyacı olan avadanlıqları daxili istehsal hesabına ödəyir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır