“Tərtər işi”nə görə tutulan komandir görün kim imiş – Tükürpədici detallar

“Tərtər işi”nə görə yenidən başlanılan cinayət işi üzrə təqsirli bilinərək həbs olunan hərbçilərdən biri – Fuad Axundov barədə ilginc faktlar ortaya çıxıb.

Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilən Axundov Fuad Arazi oğlu vaxtilə öz həyat yoldaşına qarşı insanlığa sığmayan rəftarı ilə gündəmə gəlib.

Belə ki, o, 2018-ci ilin dekabr ayında öz həyat yoldaşının üzünə kislota tökməkdə təqsirləndirilib. F.Axundov həyat yoldaşını başqa kişilərlə intim münasibətdə olaraq ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.

Həmin vaxt başladılan məhkəmə prosesində məlum olub ki, F.Axundov Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Xüsusi Təyinatlılar bölüyünün komandiri olan Fuad Axundov polkovnik-leytenant rütbəsini daşıyıb. O, bir neçə il əvvəl təqaüdə çıxıb, “Aprel döyüşləri”ndən sonra onun müqavilə müddəti artırılıb və Talış kəndi ətrafında cəbhəyə göndərilib. “CƏLLAD” ləqəbli F.Axundov orada batalyon komandiri vəzifəsini icra edib.

O, Ali Komandanlıq Məktəbinin məzunu olub. O, xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif edilib.

Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur.

Qeyd edək ki, cütlüyün iki azyaşlı uşağı var.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO