Təl-Əvivin cənub-şərqində yerləşən Cəlcəliyə kəndində bir yaşayış evində aparılan axtarış zamanı bomba partlayıb, nəticədə azı iki sionist polis yaralanıb.
Qafqaz Times-ın məlumatına görə, Sionist rejimin “Kanal 13” telekanalı xəbər verib ki, bu səhər (cümə günü) İsrail polisi Cəlcəliyə kəndində qanunsuz silah və sursat axtarışı apararkən bir evdə bomba partlayıb. Partlayış nəticəsində iki polis yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı ilkin məlumatlara əsasən, sionist rejimə bağlı polis qüvvələri azı 5 nəfəri saxlayıb.