Təl-Əviv yeni hərbi texnika almağı planlaşdırır

QafqazTimes xəbər verir ki, İsrailin nazirlər komitəsi İrana və Livan Hizbullah hərəkatına qarşı mübarizə məqsədilə yeni müdafiə layihəsini qəbul edib.

İsrailin “Kan” telekanalının internet saytının bazar günü axşam yaydığı xəbərə əsasən, İran və Hizbullahla mümkün gərginliklərin yaşandığı bir vaxtda, Sionist Nazirlər Komitəsi yüz milyonlarla şekel dəyərində (Sionist valyutası – 3,26 dollar) “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi üçün radarlar və raketlər almağa razılıq verib.

Bu sionist telekanalın məlumatına görə, bu qərar Livan Hizbullah hərəkatının və İranın raket hücumlarına qarşı müdafiə məqsədilə verilib.

Görünür Təl-Əviv öz potensialını artırmaq üçün bu layihəni təsdiqləyib. İsrailin Müharibə Naziri Benni Qantz isə bu yaxınlarda Dəmir Qübbə sisteminin zəifliyinin əvəzlənməsi üçün lazer sisteminin hazırlanması və kütləvi istehsalına göstəriş verib. İbrani mediası bildirib ki, Dəmir Qübbə raketin qarşısını ala bilmədikdə bu sistem istifadə olunacaqdır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya