Təl-Əviv və Hayfada Netanyahuya qarşı kütləvi nümayişlər

QafqazTimes xəbər verir ki, minlərlə sionist şənbə günü Təl-Əviv və Hayfa şəhərlərində sionist rejimin baş nazirinə qarşı nümayiş keçiriblər.

Sionist rejimin keçmiş müharibə naziri Benni Qantz da Netanyahu əleyhinə Təl-Əvivdə keçiriləcək nümayişə qatılacağını açıqlayıb.

İşğal olunmuş ərazilərin sakinlərinin bugünkü nümayişi bu rejimin məhkəmə sistemindəki islahatlar planına etirazdır. Levinin bir neçə gün əvvəl dərc etdiyi məhkəmə sistemində islahat planı adlanan bu layihə kabinetin sionist rejimin Ali Məhkəməsinin hakimi də daxil olmaqla, hakimlərin təyinatına tam nəzarəti məqsədi ilə hazırlanıb. Bu qanun layihəsi Ali Məhkəmənin kabinetin qanun və qərarlarını ləğv etmək səlahiyyətini ciddi şəkildə məhdudlaşdırır və Knessetin (Sionist rejimin parlamenti) məhkəmənin ləğv etməyə nail olduğu qanunları yalnız 61 nəfərin razılığı ilə yenidən qüvvəyə mindirməsinə imkan verir.

Netanyahunun rəhbərliyi və Itmar Ben Qoyer və Bezalel Smotriç kimi şəxslərin iştirakı ilə yaranan yeni sionist kabineti qurulandan bəri İbrani mediası bu kabinetin Təl-Əviv məhkəmə sistemini zəiflətmək niyyəti barədə xəbərlər dərc edir. Çünki Netanyahu və onun bir çox ekstremist müttəfiqlərinin korrupsiya və terror hadisələri ilə bağlı mühakimə olunmaq ehtimalları vardır.

Bir neçə gün əvvəl sionist rejimin keçmiş baş naziri Ehud Barak da bu rejimin Benyamin Netanyahunun başçılıq etdiyi indiki ifrat sağçı kabinetinə etiraz olaraq bu kabineti devirmək üçün küçə və meydan nümayişləri və toqquşmalara çağırıb.

O, ibrani dilində yayımlanan “Yediot Aharanot” qəzetində dərc etdiyi yazıda deyib: “Benyamin Netanyahu hökuməti ilə ixtilaf artıq müharibə mərhələsinə çatıb və bu, əsl xəbərdarlıqdır. Çünki təhlükə qaçılmazdır və işğala əsaslanan siyasi sistemin dağılmasına gətirib çıxaracaq. İsraillilərin sükut etməsi pis hadisələrin davam etməsinə səbəb olacaq, ona görə də onlar gözlərini açıb özlərindən bu mübarizədə harda dayandıqlarını soruşmalı və nə qədər ağrılı və acılı olsa da həqiqi cavabı tapmalıdırlar.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur