Təl-Əviv Türkiyədə mövcud olan 100 sionistə xüsusi xəbərdarlıq göndərib

QafqazTimes xəbər verir ki, keçən bazar ertəsi İsrailin Daxili Təhlükəsizlik Şurası İranın keçən həftə İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti Həsən Səyyad Xudayinin terroru ilə bağlı narahatlıqlar fonunda Türkiyəyə səyahətlə bağlı xəbərdarlıq edib.

Sionist rejimin Daxili Təhlükəsizlik Şurası Tehranda İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirinin terror edilməsindən sonra İslam Respublikasının sionist vətəndaşlarını hədəfə ala biləcəyindən ciddi narahatlığını bildirib.

İsrailin 12-ci kanalının məlumatına görə Təl-Əviv qeyri-adi bir hərəkətlə bildirib ki, Təl-Əviv 100 sionistin hədəf alındığını anladıqdan sonra onlara ayrı-ayrılıqda xəbərdarlıq edib və onlara işğal olunmuş Fələstinə qayıtmağı göstəriş verib.

Məlumata görə, bu 100 nəfərə “İranın hücumundan ehtiyatlı olun” mesajı göndərilib və sionist rejimin Daxili Təhlükəsizlik Şurası təhlükənin hələ də qaldığı barədə xəbərdarlıq edib.

Sionist rejimin Daxili Təhlükəsizlik Şurası bu şəxsləri əcnəbilərlə əlaqə saxlamaqdan və “İsrailli kimliklərini” ictimaiyyətə açıqlamaqdan çəkinməyə çağırıb. Hazırda Türkiyədə 40 min “israilli” turist var və xüsusi olaraq onlardan 100 nəfərinə xəbərdarlıq edilib.

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya