Təl-Əviv ABŞ-ı İrana qarşı regional koalisiya yaratmağa çağırıb

QafqazTimes xəbər verir ki, İsrailin Müharibə Naziri Benni Qantz ötən gün (çərşənbə axşamı) 2022-ci il üçün “İsrailin təhlükəsizliyi” mükafatının təqdimatı zamanı etdiyi çıxışında ABŞ-ın rəhbərliyi ilə anti-İran koalisiyası yaratmağa çağırış edib.

Əl-Hudhud xəbər saytının məlumatına görə, Qantz mərasimdə deyib: “Amerikalı tərəfdaşlarımız və müttəfiqlərimizlə tərəfdaşlıq və əlaqələrin dərinləşdirilməsi, eləcə də son illərdə region ölkələri ilə qurduğumuz və inkişaf etdirdiyimiz əlaqələr İsrailin məntəqədəki üstünlüyünün əsas amilidir. Bu günlərdə biz iqtisadiyyat, eləcə də təhlükəsizlik sahəsində tərəfdaşlıq qurmaq, Misir, İordaniya və normallaşma sazişlərinin üzvü olan digər dövlətlərlə sülhü möhkəmləndirmək və dərinləşdirmək üçün lazımi mühiti inkişaf etdiririk.”

Reuters yazır ki, İsrailin müharibə naziri həmçinin ABŞ-ın İrana qarşı Vaşinqtonla həmrəy olan ərəb ölkələrinin də daxil olacağı regional koalisiya yaratması üçün çağırış edib.

Bundan əlavə, mərasimdə iştirak edən sionist rejimin başçısı İshaq Hersoq deyib: “Bu günlərdə düşmənlərimiz təslim olmur və daxildə və xaricdə bizim təhlükəsizliyimizi təhdid edirlər. Biz bəziləri məlum, bəziləri isə ictimaiyyətə məlum olmayan bir çox təhlükəsizlik problemi ilə üzləşməkdəyik.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib