Təl-Əviv əməliyyatından sonra Naftali Bennettin istefası tələbləri

QafqazTimes xəbər verir ki, Təl-Əviv yaxınlığındakı Bney-Brakda baş tutan anti-sionist əməliyyatından cəmi bir həftə sonra həyata keçirilən dünən gecəki Təl-Əviv əməliyyatı sionist rejimin bu cür əməliyyatların qarşını ala bilməməsini ortaya qoydu. Ona görə də bu məsələ sionistləri qəzəbləndirdi və internet məkanında baş nazir Naftali Bennetin istefasını tələb edən yazılar dərc edildi.

Xəbər verildiyi kimi cümə axşamı axşam saatlarında Təl-Əvivin mərkəzində həyata keçirilən yeni əməliyyat zamanı iki sionist öldürülmüş, 15-i isə yaralanmışdır. Əməliyyatı icra edən şəxs bu gün (cümə) səhər saatlarında sionist hərbçilər tərəfindən şəhid edilmişdir. Lakin işğalçı rejim sakinləri hələ də qorxu içərisindədirlər.

Təl-Əvivdə yaşayan sionistlər kiberməkanda təkcə Təl-Əvivin deyil, işğal olunmuş Fələstinin digər hissələrində də yaşanan qorxu və təşvişdən yazıblar. Sputnik-in məlumatına görə, onlardan biri yazıb: “Təl-Əviv 2022. Bu, tamamilə dəhşətlidir.”

Digər bir sionist sakin Təl-Əvivdəki təhlükəsizlik vəziyyətini belə təsvir edib: “Təl-Əviv küçələrində silah və sürsatları ilə hazır olan əsgərlər. Şəhərdə gediş gəliş çox qorxuludur. İsrail 2022. Bennett, get!”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur