Təhrir əş-Şamın (ən-Nusra) komandiri öldürüldü

Terrorçu qruplar Təhrir əş-Şamın (ən-Nusra) hərbi komandirinin öldüyünü açıqlayıb.

Təhrir əş-Şamın (Əl-Nusra) hərbi komandiri Əbuzər Muhambəl terrorçu qrupların açıqlamasına əsasən, Suriya ordusu tərəfindən öldürülüb.

Məlumata görə, Təhrir əş-Şam (Əl-Nusra) terror qruplaşmasının komandiri Hələbin qərb kənarında terrorçu qrupların əməliyyat otağını hədəf alan əməliyyatda öldürülüb.

Bu arada Əl-Aləm-in Dəməşqdəki müxbiri Hossam Zidan bazar günü bildirib ki, Suriya ordusu ölkənin şimalında bir neçə bölgədə silahlı qruplara qarşı əks-hücumlara başlayıb və əməliyyat zamanı ötən günlərdə terrorçu qrupların girdiyi 13 kənd və qəsəbəni azad edib, bunlardan ən mühümləri Həmanın şimal ətraflarında yerləşən Qəle, Halfaya və Təyyibətul-İmam kəndləridir.

Qafqaztimes

Al-alam

Related posts

İnqilabın Rəhbəri: Müqavimətin miqyası bütün bölgəni əhatə edəcək/Suriyanın işğal olunmuş əraziləri azad ediləcək

Suriya azad ediləcək…

Qətliam davam edir, son 24 saatda 60 şəhid – video