Təhlükəsizlik Komissiyası: Rəcai limanındakı partlayışın müdafiə sektoruna aidiyyatı yoxdur

Təhlükəsizlik Komissiyası: Rəcai limanındakı partlayışın müdafiə sektoruna aidiyyatı yoxdur

İran İslami Şura Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Şəhid Rəcai adına limandakı partlayış barədə şayiələri təkzib edərək bu partlayışın ölkənin müdafiə sektoru ilə heç bir əlaqəsinin olmadığını deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İbrahim Rzayi bu gün (27 aprel) X sosial media hesabında yazıb: İlkin məlumatlara görə, Şəhid Rəcai adına limanında baş vermiş partlayış və yanğın hadisəsinin İranın müdafiə sektoru ilə əlaqəsi yoxdur.

Xatırladaq ki, aprelin 26-da Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində son məlumatlara görə, 28 nəfər ölüb, 1 205-dən çox insan yaralanıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır