Təhlükəsizlik adı altına müharibə konfransı

İran XİN sözçüsü İranla Rusiyanın Münhen təhlükəsizlik konfransına dəvət olunmamasını üzv ölkələri böyük səhvi adlandıraraq deyib: Vətən fərarisi olan bir diktator oğlunun konfransa dəvəti İrana ağız əymək deməkdir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani bu gün (20 fevral) həftəlik brifinqində dünyanın siyasi məsələləri barədə fikir bildirərək deyib: Məncə Münhen konfransı bu il təhlükəsizlik adı altında müharibə məqsədi ilə təşkil olunub. Çünki bu konfransda dünya xalqları fikirlərini eyni hüquqa malik olaraq söyləmələri, beynəlxalq təhlükəsizliyin təmini üçün çıxış yolları vermələri lazımdır. Halbuki İran regionun ən əhəmiyyətli bir ölkəsi kimi konfransa dəvət olunmayıb.

Nasir Kənani həmçinin Rusiyanın da İran kimi Münhen Təhlükəsizlik Konfransına dəvət olunmamasını böyük bir səhv kimi mənalandıraraq deyib: Bəzi ölkələrin müxtəlif fikir bildirmələri ABŞ-ın mövqeyinə uyğun gəlmir və Amerikanın birtərəfli siyasəti beynəlxalq nizam-intizama maneçilik yaradır.

N.Kənani çıxışının bir başqa hissəsində deyib: Münhen konfransına üzv ölkələrin digər bir səhvi isə tribunanı vəziyyəti məlum olan şəxsiyyətsiz insanlara vermək idi.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq