Təhlükəli yaxınlaşma: Çin döyüş təyyarəsi ABŞ kəşfiyyat təyyarəsinin önündən keçdi – FOTO/VİDEO

Cənubi Çin dənizi üzərində Çin Hərbi Hava Qüvvələrinə məxsus “J-16” tipli döyüş təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” tipli kəşfiyyat təyyarəsinin önünü kəsib.

Bu barədə ABŞ Hind-Sakit Okean Komandanlığından açıqlama verilib.

Bildirilib ki, Cənubi Çin dənizi üzərində ABŞ və Çin hava qüvvələri arasında təhlükəli yaxınlaşma baş verib.

Çin Hərbi Hava Qüvvələrinə məxsus “J-16” tipli döyüş təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” tipli kəşfiyyat təyyarəsinin önündə aqressiv manevrlər edərək onun qarşısından keçib.

Açıqlamada verilən məlumata görə, ABŞ təyyarəsi beynəlxalq hüquqa uyğun olaraq Cənubi Çin dənizi üzərində beynəlxalq hava məkanında təhlükəsiz və müntəzəm əməliyyatlar həyata keçirir. “ABŞ beynəlxalq hüququn icazə verdiyi hər yerdə təhlükəsiz və məsuliyyətli şəkildə uçmağa, yelkən açmağa və fəaliyyət göstərməyə davam edəcək”, – deyə qeyd edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi