Təhlükəli maddə daşıyan qatar çaya aşdı – FOTO/VİDEO

ABŞ-ın Montana ştatında yük qatarının keçdiyi körpü uçub və neft məhsulları daşıyan bir neçə vaqon çaya aşıb.

Bu barədə Montana Balıqçılıq, Meşələr və Parklar İdarəsi “Twitter”da xəbər yayıb.

Məlumata görə, azı səkkiz vaqon zədələnib və neft məhsulları çaya axıb. Bu səbəbdən Stilluoter çayı balıq tutmaq, qayıqda gəzmək və üzmək üçün qismən bağlanıb.

O da qeyd edilir ki, körpünün uçması ştatda bir çox müştəriyə internet xidməti göstərən fiberoptik kabelin də sıradan çıxması ilə nəticələnib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi