Təhlükəli asteroid Yer kürəsinə yaxınlaşır

Diametri təxminən 500 metr olan böyük asteroidin fevralın ikisi Yerin yanından keçəcəyi ehtimal olunur.

Bu barədə Astronomiya Muzeyinin mətbuat xidməti məlumat yayıb.

2008 OS7 adlanan asteroid Bakı vaxtı ilə saat 18:40-da təxminən 2,85 milyon kilometr məsafədə Yer kürəsinin yanından keçəcək. Diametri 210 ilə 480 metr arasında olan kosmik cismin sürəti 18,2 kilometr/saat təşkil edir.

Qeyd olunub ki, astronomik obyekt Yerin atmosferindən kənar keçəcək və buna görə də bəşəriyyət üçün təhlükə üz verməyəcək.

Eyni zamanda, alimlər 2008 OS7-ni potensial təhlükəli asteroid kimi təsnif ediblər, onun uçuş yolu Yerin orbitinə 7,5 milyon kilometr məsafədə yaxınlaşıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi