Təbriz İranın azadlıq bayraqdarıdır

İslam İnqilabının Aliməqam Rəhbəri Ayətullah Xamenei bu gün (15 fevral) Şərqi Azərbaycan vilayətininin bir qrup əhalisi ilə görüşündə buyurublar: Təbriz İranın azadlıq bayraqdarıdır.

Əl-Aləm telekanalının məlumatına əsasən, İslam İnqilabı rəhbəri 1978-ci ildə Tərbriz camaatının inqilabın ərsəyə gəlməsindəki rolunu vurğulayaraq deyiblər: “Təbrizlilər Qum qiyamını milli üsyana və ictimai bir hadisəyə çevirdilər. Təbrizdə şiddətin daha çox olmasına baxmayaraq, özünü itirmiş rejim küçəyə tanklar çıxarır, qırğın edir, insanları öldürdü. Amma bununla belə təbrizlilər geri çəkilmədilər”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri qeyd ediblər ki, Nəhayət ki, bir ildən az bir müddət ərzində monarxiya hökuməti dağıldı. Təbriz cəsarətlə dayanıb, müqavimət göstərməklə keçmiş təcrübələrin təkrarlanmasına imkan vermədi”.

Related posts

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Sara Netanyahu mühakimə olunacaq!