Naxçıvanda yağış umidinə qalan kənd təsərrüfatı məhv olmaq üzrədir. Naxçıvan MR-da sözünü rəhbərliyə çatdıra bilməyən kəndli üzünü Allaha tutub yalvarıb.
“İlahi, diz çöküb sənə yalvarıram, yağış yağdır da, nə olar?” deyən kəndlinin görüntüləri böyük marağa səbəb olub. Muxtar Respublikanın su ehtiyatının isə yalnız Vasib Talıbov və onun yaxınlarının təsərrüfatını suvarmağa sərf olunur.