Masazır- Saray-Novxanı yolunda avtomobillərin sürətini göstərən yeni elektron lövhə quraşdırılıb.
Sözügedən yolda sürət həddi 90 km/saatdır. Bu hədd keçildiyi təqdirdə lövhədə qırmızı işıq yanır və bununla da sürücülərə sürət həddini azaltmaq barədə xəbərdarlıq edilir.
Bu yoldan istifadə edən sürücülərin bəziləri lövhənin nə işə yaradığından xəbərdar deyil.
“Bu lövhəni ilk dəfədir görürəm. Sürət həddini ölçür, amma nə işə yaradığını bilmirəm. Elə bildim ki, işıqfordur, işləmir”, – deyə sürücülər bildiriblər.
Daha ətraflı videomaterialda: