Sürücülərə qurulan yeni tələ piyadaların da həyatını təhlükəyə atır (Video izlə)

Şamaxı rayonu Meysəri kəndi ərazisindən keçən yolda sürücülər üçün “radar tələsi”nin qurulduğu iddia olunur. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

İddia olunur ki, sözügedən yolun radar yerləşən hissəsində 3 işıq dirəyinin işıqları yanmır. Bunu qaranlıqda sürücülərin sürət həddini aşaraq radara düşməsi üçün qəsdən edildiyi iddia olunur.  

Bundan başqa, həmin ərazidə həm də piyada keçidi mövcuddur. Qaranlıqda piyada keçidindən istifadə etmək isə vətəndaşların həyatını təhlükəyə atır.

İddialarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinə inspektoru Toğrul Nəsirli bildirilib ki, radar var deyə işıqların söndürülməsi iddiası yalandır:“İşığın yandırılıb-söndürülməsinə biz baxmırıq. Hər bir sürücü radar olub-olmamasına baxmayaraq, yol hərəkəti qaydalarına riayət etməlidir. Radarla küçə işıqlarının heç bir əlaqəsi yoxdur. Onsuz da bilirik ki, indi çox adamın telefonunda antiradar tətbiqi var. Bu da radarların yerini, ona qədərki sürəti yaxşı göstərir. İndiki zamanda sözügedən halın bilərəkdən edilməsi mümkün deyil”.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO