Sürücü bala fili avtomobillə vurduğu üçün xortumlular maşını tapdalayıb

Malayziyada vəhşi fil sürüsü avtomobilə hücum edib.

Hadisə Malay yarımadasının qərbindəki Perak ştatında baş verib. Avtomobildə həyat yoldaşı və oğlu ilə birlikdə 48 yaşlı sürücü olub. Yağışlı hava və duman səbəbindən yolu keçən fil sürüsünü görməyən kişi fil balasına çırpılıb. Buna cavab olaraq beş yetkin heyvan avtomobilə hücum edərək onu tapdalamağa başlayıb. Bala ciddi xəsarət almayıb və ayağa qalxa bilib. Bundan sonra sürü gedib.

Hücum nəticəsində avtomobilə ciddi ziyan dəyib, bütün şüşələr sınıb. İçəridəki ailə xəsarət almadan xilas olub və daha sonra polisə müraciət edib.

Verilən məlumata görə, son illərdə Malayziyada aktiv yol tikintisi səbəbindən fillərlə bağlı insidentlər daha çox baş verir. Sürücülərdən ehtiyatlı olmaları və ən böyük quru heyvanı ilə mümkün qarşılaşma barədə xəbərdarlıq edən işarələrə diqqət etmələri xahiş olunur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi