Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şəraa Azərbaycana işgüzar səfərə gəlib

BAKI, Azərbaycan, 12 iyul. Suriyanın Ərəb Respublikasının keçid dövrü üçün Prezidenti Əhməd əl-Şəraa 12 iyul tarixində işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasına gəlib, bu barədə Qafqaz Times xəbər verir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Suriya liderinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, hava limanı hər iki ölkənin dövlət bayraqları ilə bəzədilib.

Prezident Əhməd əl-Şəraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur