Suriyanın İdlib şəhərində 7 il sonra terrorçuların bombalaması

Qafqaztimes xəbər verir ki, bəzi mənbələr Suriyanın şimal -qərbində yerləşən İdlib əyalətinə Suriya və Rusiya hava hücumlarının yenidən başladığını bildirib.

Əl-Məyadin telekanalı Suriya-Rusiya qlrıcılarının İdlibin Sərməda şəhərində yerləşən “Heyət-Təhrir əş-Şam” terror koalisiyasına hava zərbələri endirdiyini xəbər verib.

Əl-Məyadin, hücumların yeddi ildən sonra əhəmiyyətli mesajlar daşıdığını söyləyib. Bu hücumlarda “Təhrir əş-Şam” terrorçularının qərargahı hədəf alınıb.

Hücumlar zamanı iki Təhrir əş-Şam lideri öldürülüb.

Qeyd edək ki, İdlibdəki Türkiyənin himayə etdiyi terrorçular dəfələrlə Suriya ordusunun mövqelərini raketlərlə hədəfə almışlar.

Suriya ordusu da bu hücumlara cavab olaraq terrorçuların mövqelərini bombalayır. Rəsmi Dəməşq şimal bölgələrində terrorçuların varlığına son qoyulmasının lazım olduğuna təkid edir.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq