Suriyadan Fələstinin işğal olunması ildönümündə bəyanat

Suriyanın xarici işlər nazirliyi Fələstinin işğal olunmasının 75-ci ildönümü münasibətilə bəyanat yayaraq məzlum xalqa dəstək və saxta sionist rejimin təcavüzlərini pisləyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Suriya XİN-i 14 may tarixində Nikbət Günündə yaydığı bəyanatda deyilir: Suriya Fələstin xalqının və müqavimətin mübarizəsinə dəstək verir və onların qəhrəmanlıqlarını alqışlayır.

  1948-ci ilin mayın 15-də yeni yaranmış işğalçı İsrail rejimi 800 min fələstinlini 530 şəhər və qəsəbədən və 662 kəndən çıxararaq məcburi qaydada onları köç etməyə vadar edib. Elə bu gündə də Britaniya əsgərlərini Fələstindən çıxarıb. Bu addımlardan sonra yəhudilərin kütləvi şəkildə Fələstin torpaqların axını və onların orada yerləşdirilməsi əməliyyatları həyata keçirilib. Sonradan BMT Fələstin torpaqlarının təxliyəsi ilə bağlı verdiyi 181, 194, 242, 338 nömrəli qəraralara baxmayaraq, İsrail işğal edilmiş əraziləri genişləndirib və orada yeni yaşayış massivləri inşa edib. Fələstinlilər bu günü “Nikbət” (fəlakət) günü kimi qeyd edir.   Fələstin köçkünlərinin sayı 5 milyondan artıqdır. Onlar əsasən İordaniya, Livan, Suriya, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrdə yaşayır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur