Suriyada hərbi məzun tədbirinə hücum: 110 ölü 250 yaralı

Terrorçular Suriya ordusunun Hosmdəki hərbi kollecinə hücum ediblər. Nəticədə azı 110 nəfər həlak olub, 240-dan çox insan isə yaralanıb.

Məşriq Newsun verdiyi məlumata görə dron hücumu Homs vilayətində hərbi kollecin məzun tədbiri zamanı baş verib. Zabitlər məzununda alirütbəli hərbçilərdən əlavə, məzunları ailə və yaxınları da iştirak ediblər.

Versiyalardan birinə görə, yaraqlıların hədəfi kamikadze PUA-larının hücumundan az əvvəl kolleci tərk edən Suriyanın müdafiə naziri olub.

Bu terror hadisəsindən sonra Suriya Müdafiə Nazirliyi bu hücuma görə İdlibdəki terrorçu ünsürlərin məsuliyyət daşıdığını vurğulayaraq deyib ki, bu terror aktı çoxlu sayda hərbçi və mülki şəxsin şəhid olmasına, onlarla insan yaralanmasına səbəb olub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib