Suriyada ABŞ düşərgəsi hədəfə alındı

Suriyada ABŞ düşərgəsi hədəfə alındı

İnformasiya qaynaqları Amerikanın Suriyadakı Xərabəl Cəyr düşərgəsinə dron hücumlarından xəbər verirlər.

Təsnim İnformasiya Agentlyinin məlumatına əsasən, bu gün (10 avqust) səhər Həsəkə məntəqəsinin şimal ətrafında yerləşən ABŞ-ın Xərabəl Cəyr hərbi bazasında intensiv partlayış səsləri eşidilib.

Əl Məyadin telekanalı dron hücumları nəticəsində partlayışların baş verdiyini, yanğın çıxdığı və Həsəkəni qatı duman bürüdüyünü qeyd edib.

Məlumata görə bu hücum və partlayışların mənbəyi, kim tərəfindən edildiyi barədə heç bir məlumat verilməyib və heç bir qrup bu hücumun məsuliyyətini öz üzərinə götürməyib. Tələfat və xəsarət barədə də heç bir informasiya yayılmayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib