Suriya Tunislə münasibətləri barədə yeni qərar

Rəsmi Dəməşq Şimali Afrika ölkəsi olan Tunisdə səfirlik açmaq qərarına gəlib.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Suriya və Tunis xarici işlər nazirlikləri bu gün (12 aprel) bir bəyanat yayaraq elan ediblər ki, ikitərəfli əlaqələrin inkişafı üçün səfir təyin edəcəklər.

Bəyanatda deyilir: Tunis prezidenti Qeys Səidin təklifi əsasında Suriya bu ölkənin səfirinin təyin olunması və səfirliyin açılması barədə öz razılığını verib və qarşılıqlı olaraq rəsmi Dəməşq də bu ölkədə səfirlik açıb səfir təyin edəcəyini qeyd edib.

Məlumata əsasən, hər iki ölkənin XİN-ləri arasında əməkdaşlıq, attaşelərin açılması, qonşuluq və dostluq əlaqələrinin genişləndirilməsi zəminində münasibətlərin genişləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Suriya ilə Tunis arasına bir neçə dəfə diplomatik əlaqələr kəsildikdən sonra yenidən münasibətlər normallaşıb. 2012-ci ildə kəsilən əlaqələr 2015-də yenidən başlayıb və yenə də fiyaskoya uğramışdı.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu