Suriya son qarış torpağını da qaytaracaq!

QafqazTimes.com İZ-ru-ya istinadən xəbər verir: Türkiyənin Suriyanın şimalındakı siyasəti Astana razılaşmasına ziddir. Suriyanın Moskvadakı səfiri Riyad Həddad deyib ki, Ankara Suriya ərazisinin türkləşdirilməsini davam etdirir. Dəməşq bu siyasətlə razılaşmayacaq və Türkiyə işğalçı addımlara son qoymalıdır. Diplomat bildirib ki, ABŞ kürdləri türklərdən qoruyan deyil, kürdlər qanuni hökumətə tabe olmaqla öz təhlükəsizliyini təmin edə bilər. Oktyabr ayında Ərdoğan açıq bəyanat verib ki, Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq. Türkiyə elə bu gün də Suriya ərazisinə təcavüz etmiş ölkə sayılır. Səfir bildirib ki, Suriya bir qarış torpağından da keçməyəcək və Türkiyə Suriya ərazisini tam tərk etməldir. Kürdlər özü separatçılıqla məşğuldur, ABŞ-ın Suriyaya təcavüzünü dəstəkləyir.

Related posts

ABŞ-da Trampın siyasəti və Maskın planlarına etiraz – video

İrana əsir vermək istəyirsənsə…

Kanadada Məhbuslara işgəncə – video