Suriya sionist işğalçılığının bitməsini tələb edir

Suriya sionist işğalçılığının bitməsini tələb edir

Suriyanın BMT-dəki daimi nümayəndəsi ölkəsinə qarşı sionist rejimin işğalçılığına son qoyulmasını tələb edib.

Qafqaztimesin xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Qəsa Əl Zəhhak dünən (20 yanvar) BMT Təhlükəsizlik Şurasında Əlcəzairin başçılığını keçirilən “Qərbi Asiya və Qəzzə müharibəsi” mövzusundakı iclasda deyib: İsrailin Suriyanın ərazi bütövlüyü və suverenliyini pozması qanunsuzluqdur.

Qəsa Əl Zəhhak əlavə edib: Təhlükəsizlik Şurası sionist rejimin Suriya torpaqları və xalqının qanuni hüquqlarına qarşı təcavüzkarlığının qarşısını almalıdır.

Əl Zəhhak qeyd edib: İsrailin Suriya torpaqlarına qanunsuz daxil olması, ərazi bütövlüyünə xələl gətirməsini qətiyyətlə qınayır, TŞ-dən İsrail qoşunlarının dərhal çıxmasını tələb edirik.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib