Suriya rəsmisi: Homsdan geri çəkilmə xəbəri yalandır!

Suriya rəsmisi: Homsdan geri çəkilmə xəbəri yalandır!

Suriyanın hərbi rəsmisi müxtəlif mediaların Suriya ordusunun Homsdan geri çəkildiyi və terrorçuların bu şəhəri ələ keçirdiyi barədə xəbərlərin yalan olduğunu deyib.

Təsnim İnformasiya Agentliyinin Səna agentliyinə istinadən verdiyi məlumata əsasən, bu gün (6 dekabr) Suriyanın rəsmi hərbi qaynaqları elan edib: Terrorçuların bizim Homsdan geri çəkildiyimiz barədə iddiaları yalandır.

Bu məlumata görə terrorçuların Homsa daxil olması və bütün şəhərin kontrolunu tamamilə ələ keçirməsi barədə yayımladıqları xəbər və videogörüntülər saxtadır. Suriya silahlı qüvvələri ölkəsinə hücum edən təkfirçi terrorçuların bütün əməliyyatlarına lazımi cavablar verir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib