Suriya: Qərb ölkələri Ukraynada müharibəni qızışdırmağa çalışırlar

QafqazTimes xəbər verir ki, Suriyanın BMT-dəki nümayəndəsi Bəssam Sabbaq çərşənbə axşamı axşam deyib ki, bəzi Qərb ölkələrinin yanaşması onların Ukraynada müharibəni qızışdırmaq səylərinə açıq aşkar dəlildir.

O, BMT Baş Assambleyasının növbədənkənar sessiyasında Ukrayna ilə bağlı danışarkən deyib: “BMT Baş Assambleyasının kürsüsü bəzi Qərb dövlətlərinin öz maraqlarına uyğun rüsvayçı sui-istifadələrinin şahidi olur. Məhz bu ölkələr Baş Assambleyanın fövqəladə iclasını çağıraraq, BMT Baş Assambleyasına Rusiyaya qarşı bəyanat təqdim etmişlər.

Sabbaq Qərbin və onun əlaltılarının yalan məlumatlar yaymaq və saxta ittihamları yenidən dərc etməklə Rusiyaya qarşı media hücumunu tənqid edərək bildirib ki, bu addımlar Rusiyanın öz təhlükəsizliyini təhdid edən xətlərləri dəf etmək kimi təbii haqqını pozmağa yönəlib.

Suriyanın BMT-dəki nümayəndəsi əlavə edib: “Rusiyaya qarşı düşmən mövqeyi tutan, Rusiyanı təhlükəsizliyini və sərhədlərini qorumaq üçün atdığı addımlara görə tənqid edən bu ölkələr öz təhlükəsizliyini müdafiə etmək bəhanəsi ilə kor-koranə Suriyaya hücum edən ölkələrdir. Halbuki bu ölkələr Suriyadan minlərlə kilometr uzaqda idilər.”

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır