Suriya partiyasının baş katibi Seyid Nəsrullahla görüşüb

QafqazTimes xəbər verir ki, Suriya BƏƏS Ərəb Partiyasının baş katibi Əli Yusif Hicazi Livanda Seyid Həsən Nəsrullah ilə görüşüb.

Əl-Əhd-in məlumatına görə, üç saat davam edən görüşdə Livanda baş verən son hadisələr, o cümlədən qarşıdan gələn parlament seçkiləri müzakirə edilib.

Bundan əvvəl Livanda Azad Milli Hərəkat Partiyasının rəhbəri Cobran Basil hərəkatın qarşıdan gələn parlament seçkilərində iştirak edəcu namizədlərinin adlarını açıqlayaraq, onların Hizbullah ilə ittifaq quracaqlarını vurğulamışdı.

Cobran Basil deyib: “Livanda böyük bir partiya var və o partiya korrupsiyadır. Onların seçki planı ölkəni və iqtisadiyyatını islahat etmək deyil, Cobran Basil və azad milli hərəkatını devirməkdir.”

Bu parlament seçkilərində 1043 nəfər namizədliyini irəli sürüb. Elan edilmiş ümumi sayın 155-i qadındır və bu ümumi namizədlərin 15%-ni təşkil edir.

Livanda keçiriləcək 2022-ci il seçkiləri namizədlərin sayına görə son 15 ildə ən böyük seçkidir. 2018-ci il seçkilərində 976 nəfər, o cümlədən 111 qadın; 2009-cu il seçkilərində 12-si qadın olmaqla 702 nəfər, 2005-ci il seçkilərində isə 16-sı qadın olmaqla 484 nəfər namizədliyini irəli sürmüşdü.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya