Suriya ordusunun İdlibdə yeni əməliyyatlar keçirməsi ehtimalı var

Qafqaztimes xəbər verir ki, Suriyadakı bir etibarlı mənbə, İdlib əyalətinin cənubunda (Suriyanın şimal -qərbində) Suriya ordusu ilə terror qrupları arasında qarşıdurmaların yaxın günlərdə hər an başlaya biləcəyini söyləyib.

Bu mənbə şənbə günü Rusiya xəbər agentliyi Sputnik-ə verdiyi açıqlamada bildirib ki, “İdlib əyalətinin cənub cəbhələri və Həma əyalətinin şimalı son iki həftə ərzində silahlı qruplaşmaların davamlı minaatan və raket hücumları nəticəsində döyüşlərin müstəsna bir şiddətlənməsinşiddətlənməsinin şahid oldu.”

Mənbə bildirib ki, hücumlar şiddətləndikcə, iki əyalətdəki silahlı qruplar İdlib əyalətinin cənubundakı Cəbəl əl-Zaviyə və Həma əyalətin şimal-qərbindəki Səhl əl-Qab bölgələrinə qüvvə göndərməyə başlamışlar.

Qeyd olunan mənbə həmçinin Suriya ordusunun son bir neçə gün ərzində endirdiyi hava zərbələri barədə deyib: “Rusiya kəşfiyyat təyyarələri İdlibin cənub və şimal istiqamətində və Həma əyalətinin qərb ərazilərində silahlı qruplaşmalara aid hədəflərlə bağlı məlumat bazası əldə etmiş və bu məlumat bazası əsasında bir sıra hava hücumları vasitəsilə silahlı qruplaşmalara məxsus 60 hərbi mövqe məhv edilmişdir.”

Related posts

Şəhid gedəndə…

Suriya yeganə ərəb dövləti idi ki…

Şəhadətdən qabaq…