Suriya ordusu terrorçu qrupların yeni hücum dalğasından sonra 1400 terrorçunu məhv edib.
Əl-Aləm xəbər şəbəkəsinin Dəməşqdəki müxbiri Darin Fəzl bildirib ki, Suriya ordusu hərbi əməliyyatlarında əsas diqqəti terrorçu qrupların infrastrukturuna, silah anbarlarına, komanda mərkəzlərinə, əməliyyat otaqlarına, yardım karvanlarına və hədəflər arasında rabitə xətlərinə yönəldib.
Bu xəbərə görə, Suriya ordusunun hücumları nəticəsində terrorçu qruplaşmalar zəifləyərək hücum gücü və silah gücünün bir hissəsini itirib və aralarındakı əlaqə imkanları zəifləyib.
Əl-Aləm müxbirinin məlumatına görə, terrorçu qrupların bir neçə günlük hücumlarından sonra Suriyanın müxtəlif bölgələrində bu qruplaşmaların ölənlərinin sayı 1400 nəfərə çatıb.
Terrorçu qruplar bəzi ölkələrin dəstəyi və yeni xarici terrorçuların qoşulması ilə çərşənbə günü səhər saatlarından Hələbin şimal-qərb, qərb və cənub-qərbində Suriya ordusunun mövqelərinə kütləvi hücuma başlayıb.