Suriya ordusu ABŞ hərbi maşınlarını geri çəkilməyə məcbur edib

QafqazTimes xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, Suriya ordusu qüvvələri Əl-Həsəkənin şimal-qərb ətrafında yerləşən Təl-Təmrin “Qubur əl-Qəracənə” bölgəsindən keçən ABŞ-a məxsus 4 zirehli texnikanın qarşısını alaraq onları geri çəkilməyə məcbur edib.

Qeyd edək ki, ABŞ Suriyanın şimal və şərqinin bəzi hissələrini işğal edərək 28 hərbi baza yaratmış və bu yolla Suriyanın təbii resurslarını talamaqdadır.

ABŞ ordusu Suriyanın neft quyularının olduğu ərazilərə qoşun yeridib ki, bundan məqsəd həm Suriya xalqını öz resurslarından və təbii sərvətlərindən məhrum etmək və həm də Suriya Demokratik Qüvvələri yaraqlılarına və onlara bağlı terror qruplaşmalarına maliyyə dəstəyi göstərməkdir. Bu addımlar ABŞ və onun regiondakı müttəfiqləri və əlaltıları tərəfindən Suriyanın amansız mühasirəyə alınması ilə eyni vaxta təsadüf edir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya