Suriya: İsrailin zərbələri mütləq cavablandırılacaq

Suriyanın xarici işlər naziri Dəməşq rəsmilərinin ərəb ölkələrinə səfəri onların öz istəyi ilə olduğunu vurğulayaraq deyib: Sionist rejimin hava zərbələrinə mütləq cavab veriləcək.

Əl Aləm telekanalının məlumatına əsasən, dünən (16 aprel) Əlcəzairə səfər edən Feysəl Miqdad rəsmi səfərlərin sırf ərəb ölkələrinin meyli əsasında baş tutduğuna işarə edərək bu münasibətlərin müsbət nəticələrinə ümid etdiyi deyib.

O qeyd edib ki, Suriya bu əlaqələrdə ərəb ölkələrini məcburiyyətə salacaq heç bir şərt qoymayıb. Çünki Suriyanın uzun illərdir çəkdiyi bəlalar onların da başına gələ bilər.

Feysəl Miqdad həmçinin deyib: Sionist İsrail rejimi çoxlu cinayətlər törədib və Fələstin xalqına etdiyi zülmlər müqabilində Suriyanın düçar olduğu vəziyyətdən fərqlidir.

XİN başçısı sonda vurğulayıb: İsrail Suriyanın başına gətirdikləri bəlaların cavabını alacağını ço yaxşı bilir.

Related posts

Sionist ordusu və qəsəbə sakinləri İordan çayı qərb sahilində təcavüzkarlıq edir

Sionist ordusu və qəsəbə sakinləri İordan çayı qərb sahilində təcavüzkarlıq edir

Aclıq - sionistlərin Qəzzədə soyqırım silahı

Aclıq – sionistlərin Qəzzədə soyqırım silahı

Ətvan: Müqavimət Fələstin xalqının yeganə nümayəndəsidir və Əbu Mazen xaindir

Ətvan: Müqavimət Fələstin xalqının yeganə nümayəndəsidir və Əbu Mazen xaindir