Suriya: İsrail təcavüzləri əleyhinə Livanın yanındayıq

Suriya: İsrail təcavüzləri əleyhinə Livanın yanındayıq

Suriya XİN-i sionist rejimin Livanın Zahiyə bölgəsinə hücumlarını pisləyərək bu cinayətlərin insanlıqdan uzaq bir rəgtar və vandalizm adlandırıb.

İRNA-nın məlumatına əsasən, Suriyanın xarici işlər nazirliyi bu gün (20 sentyabr) bəyanat yayaraq  deyib: Sionist rejim Qəzzə zolağında 42 min nəfərin qanı ilə doymayıb və indi Livana təcavüzlər edir. Bu gün Beyrutun cənub bölgəsi olan Zahiyədə rabitə qurğularını partladaraq dinc insanların həyatını təhlükəyə atır və insanlığa və bəşəriyyətə zidd rəftarlarla beynəlxalq ictimaiyyətdə özünə nifrəti artırır.

Bəyanatda həmçinin deyilir: Livanlı qardaşlarımızı salamlayır, onların təcavüzkar və qorxaq rejim qarşısında möhkəm iradəsinə inanır, müqavimət naminə dəstəyimizi əsirgəmirik.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib