Suriya: İsrail cinayətlərinin məsuliyyətini Amerika daşımalıdır

Suriya: İsrail cinayətlərinin məsuliyyətini Amerika daşımalıdır

Suriyanın BMT-dəki daimi nümyaəndəsi və TŞ-də ərəb ölkələri qrupunun sədri İsrailin Livandakı son hücumlarının məsuliyyətinin Amerikanın üzərinə düşdüyünü deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Qəsa Əl Zəhhak dünən gecə (20 sentyabr) TŞ iclasındakı çıxışında deyib: İşğalçı rejim Livanda insanlıqdan uzaq cinayət və terrora bulaşmaqla beynəlxalq qanunlara zidd gedir və inan hüquqlarını tapdalayır.

Qəsa Əl Zəhhak əlavə edib: İşğalçı rejimin Livana kiberhücumları sırf dinc əhaliyə yönəlib və peycerləri bir növ saatlı bomba kimi istifadə edib.

Əl Zəhhak vurğulayıb: Ərəb ölkələri qrupu təcavüzkar İsrail rejiminin Livana qarşı bu hücumlarını pisləyir və zərər çəkən livanlılara öz təəssüfünü bildirir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib