Suriya İrana təşəkkür etdi

Suriyanın baş naziri İran Qırmızı Aypara əmiyyətinin başçısı ilə görüşdə rəsmi Tehranın Suriyada zəlzələdən zərərçəkənlərə humanitar yardımlarına görə minnətdarlığını bildirib.

Əl-Aləm telekanalının məlumatına əsasən, Hüseyn İrnus deyib: İran İslam Respublikası qırmızı Aypara Cəmiyyəti bu çətin günlərdə Suriyadan dəstəklərini əsirgəməyib və biz bu təcrübələrdən istifadə edəcəyik.

H.İrnus həmçinin İranın hər bir şəraitdə Suriyadan dəstəyini kəsmədiyini vurğulayaraq deyib: Biz zəlzələnin nə fəsadlar törətdiyini bilmirdik. Çünki belə bir təcrübəmiz olmayıb. Elə ilk anlardan özümüzü itirdik. Amma İran son 12 ildə terrorçularla mübarizədən sonra da bizə yardım etdi.

Suriyanın baş naziri sonra deyib: İran dövləti və xalqı həmişə bizim kənarımızda olub. Biz İranla hərtərəfli əməkdaşlığa hazırıq.

Hüseyn İrnus söhbətinin sonunda bir daha İslam İnqilabı Rəhbəri və İran xalqına dərindən minnətdar olduğunu vurğulayıb.

Related posts

İran: Məsqət müzakirələri hələ ki, dayandırılıb

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik